13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

"Əvvəla, sosial verilişi açıb izləsinlər. Görsünlər, mən orada nə demişəm. Rayondan gələn xanım öz ailəsini və iki qızını həyat yoldaşının üstünə atıb, üstəlik məktub da yazıb ki, "Mənim uşaqlarıma yaxşı baxın. Məni axtarmayın. İmkan verin, həyatımı rahat yaşayım". Bundan sonra Bakıya üz tutub. Həyat yoldaşı və qayınanası onu çox axtardıqdan sonra sosial verilişə üz tutublar. Burada efirdə də xanımın şəklini göstəriblər. Onun Xırdalan, Sulutəpə, Masazır ərazisində ucuz kafelərdən birində işə düzəldiyi üzə çıxıb".

BAKU.WS xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva deyib. O, bir həftə əvvəl aparıcı Amil Xəlilin "Gəl danış" verilişində rayonlularla bağlı səsləndirdiyi fikirlərinə aydınlıq gətirib. Aktrisa bu sözləri söyləyərkən bütün rayondan olan sakinləri nəzərdə tutmadığını, Bakıya gələn bekar, işsiz-gücsüz gənclərdən danışdığını bildirib:

"Mən də deməyi özümə borc bildim. Nə oldu? Bunu hamı deyir. Bir tək mənim sözüm daş-qalaq oldu? Mən başımı o dərəcədə itirməmişəm, dediyim sözlərə də cavabdehəm. Mən bölgələrdə yaşayan cavanlara səsləndim. Onu da dedim ki, hamıya şamil etmirəm. Hamınız sosial verilişləri izləyirsiniz. Gənc ailələrdən kimisi həyat yoldaşını, kimisi ərini, üstəlik uşaqlarını da atır və birbaşa Bakıya üz tutur. Heç bir işi, peşəsi də yoxdur. Üstəlik burada heç bir qohum-əqrəbası da yaşamır. Deyir, elə "Salam-Əleykum, mən Bakıda qalmaq  istəyirəm". Mən onlara səsləndim".

Xatırladaq ki, aktrisa sosial verilişdə qonaq olarkən rayonlardan Bakıya axın edən gənclərin çoxaldığını, bu səbəbdən də artıq şəhərdə nəfəs ala bilmədiyini vurğulayıb. Sonaxanımın bu sözləri uzun müddət müzakirələrə səbəb olmuşdu.

Zöhrə Pənahi
BAKU.WS
VİDEO