SİZİN REKLAM BURADA!
055 213 76 73


Qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayevdən xəbər var.

BAKU.WS xəbər verir ki, aktyorun əməliyyatı Bakıda həyata keçiriləcək. Elvinə bacısı donor olacaq. Gülnazın qaraciyərinin bir hissəsi qardaşına köçürüləcək.

Bu haqda Elvinin həyat yoldaşı Elvina Atakişiyeva BAKU.WS-ə açıqlamasında bildirib:

"Biz Türkiyədə idik. 10-15 gün olar ki, oradan qayıtmışıq. Elvinin əməliyyatı Mərkəzi Gömrük Hospitalında olacaq. Həyat yoldaşımın bacısı Gülnaz xanım ona donor olacaq".

Qeyd edək ki, cərrahi müdaxilənin təxminən avqustuna 5-nə qədər həyata keçirilməsi nəzərdə tutulur. 

BAKU.WS