SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkə paylaşımları ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, uzun zamandır sənətdən uzaqlaşan İlqarə instaqram hesabında yeni fotosunu yayımlayıb.

Onun şəkili ilə yanaşı rus dilində yazdığı statusu da xeyli marağa səbəb olub.

Kazımova şəxsi profilində "Özünüz kimi qalın və öz yolunuzla gedin. Sizi sevmək və sevməmək ətrafdakı insanların seçimindən və dəyərlərindən asılıdır" sözlərini yazıb.

Onun bu fikirləri izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.

Xatırladaq ki, İlqarə uzun illərdir Böyük Britaniyada yaşayır. O, tez-tez yaşadığı London şəhərindən paylaşımlar edir.

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA