SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Alek Bolduinin qızı İrland Bolduin illər əvvəl başına gələn dəhşətli hadisədən danışıb.

BAKU.WS xəbər verir ki, hazırda modelliklə məşğul olan 26 yaşlı İrland təcavüzə uğradığını və abort etdirdiyini deyib. O bu haqda sosial şəbəkə hesabında məlumat verib.

İrland təcavüzə uğrayarkən özündə olmadığını etiraf edib. O, başına gələn bədbəxt hadisədən sonra daha çox alkoqollu içkilər qəbul etməyə və klublarda əylənməyə başladığını bildirib. Onun üçün bu dövr həyatının ən ağır anları olub. 

İrland baş verənlərdən sonra hamilə qalmadığına çox sevindiyini deyib. Həmin hadisədən sonra bir bəylə tanış olan model ondan hamilə qalır. Əks tərəf uşağı istəmədiyi üçün o, övladını abort etdirir. İrland bunu uşağının da özü kimi sevgisiz ailədə böyüməsini istəmədiyi üçün edir.

Qeyd edək ki, İrland Amerika Birləşmiş Ştatlarında qadınların abortunun məhdudlaşdırılması ilə bağlı olan yeni qanunu tənqid edənlər sırasındadır.

BAKU.WS
QALEREYA