Elnardan həmkarlarına qalmaqallı atmaca: "Bu artıq tərbiyəsizlikdir" - VİDEO

Aparıcı və prodüser Tarix Əliyevin (Tolik) verilişinin ötən gün yayımlanan buraxılışı qalmaqallı açıqlamalarla yadda qalıb.
BAKU.WS xəbər verir ki, verilişə qonaq olan aparıcı Rövşanə Ağasəfqızı və müğənni Elnar Xəlilov bayağı mahnı ifa edən bəzi sənət adamlarını tənqid ediblər.
Elnar Xəlilov həmin sənətçilər siyahısında ilk növbədə Damla və Vəfa Şərifovanın adını çəkib:
"Damlaya sual verdilər ki, bir alim adı çək, edə bilmədi. Elə Eynşteynin instaqram doludu dili çıxan şəkilləri ilə. Vəfa Şərifovaya sual verirlər Türkiyənin paytaxtı haradır, dedi, İstanbul. Hələ prodüserinə dönüb deyir, "nədir, səhv dedim?" Bu artıq tərbiyəsizlikdir".
Rövşanə isə onun sözlərinə "İçərişəhərdən düşəndə Yusif Məmmədəliyevin heykəli var, başını qaldır, bax" reaksiyasını verib.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...