Tolik Uqandada şəhidlərimizin ruhuna ehsan verdi - VİDEO

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) xeyirxah addımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o, Uqandada yaşayan 250 kimsəsiz uşağa şəhidlərimizin ruhuna ehsan verib. Tolik bununla bağlı sosial şəbəkə hesabında bildirib:
"Allah qəlbləri görəndir. Həmişə Afrikada olan balaca balaların videolarını görəndə ürəyimdən keçib ki, az da olsa onlara yardım edim.Bu yaxınlarda bir həmyerlimizin belə bir xeyriyyə işi etdiyini gördüm. Mən də bu aksiyaları təşkil edən cəmiyyəti tapdım və öz vəsaitim hesabına Afrikada yerləşən Uqandada 250 uşağa ehsan süfrəsi açdırmaq istədim.
Bununla da 44 günlük müharibədə torpaqlarımız uğrunda canından keçən şəhidlərimizə ehsan vermiş oldum. Allah rəhmət eləsin”.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
