VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Aygün Kazımovanın prodüseri Roland Bayramov şou-biznesdə daha bir müğənni ilə çalışmağa başlayıb. 

Bu barədə BAKU.WS-ə R.Bayramov məlumat verib. O, bildirib ki, "Yeni ulduz” yarışmasının yaddaqalan iştirakçısı Türkan Heydərova ilə çalışacaq: 

"Ümumiyyətlə mən şou-biznesdə baş verən bir çox proseslərdən uzağam. Qalmaqaldan, səs-küydən kənar gəzən insanam. Yalnız yeni proyektlər olduğu zaman bunu jurnalistlərlə bölüşməyi üstün tuturam. Boş-boş danışmaq əvəzinə, yeni iş təqdim etmək lazımdır. Xalq artisti Aygün Kazımova ilə də işbirliyimiz davam edir. Eyni zamanda Türkanla da çalışıram və birgə yeni layihələrə imza atacağıq. Öncədən söyləməyim, sürpriz olsun”. 

Müğənni Türkan Heydərova da R.Bayramovla işbirliyindən danışıb. O, bildirib ki, artıq böyük həvəslə şou-biznesdə yeni layihələrə imza atacaq: 

"Bu günə qədər heç bir zaman reklam dalınca qaçmamışam. Bu sənətə təsadüfi gələn müğənnilərdən deyiləm. Sadəcə, "Yeni ulduz” yarışmasından sonra təhsilimlə əlaqədar olaraq yaradıcılığıma fasilə verdim. İndi isə yenidən sənətimə start verirəm. Məhz buna görə də prodüser Roland Bayramovla işləməyə qərar verdim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Musiqili teatr aktrisası” fakültəsində xalq artisti Afaq Bəşirqızının tələbəsi olmuşam. Bundan başqa, təhsilimi 2012-2013-cü illərdə Moskvada davam etdirmişəm”. 

Oxuculara T.Heydərovanın aranjimanı Nadir Nəğdpula, musiqisi Kazım Cana məxsus "Canım” adlı yeni mahnısını təqdim edirik:

BAKU.WS