13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Qeyri-adi geyim tərzi, imici ilə yerli şou-biznesdə öz dəsti xətti olan əməkdar artist Elza Seyidcahan yenə hər kəsi təəccübləndirməyi bacarıb.

BAKU.WS xəbər verir ki, aktyor Müşfiq Şahverdiyevin "Bərkgedən” verilişinin qonağı olan sənətçi başındakı şlyapası ilə diqqət çəkib. Belə ki, Elza sanki şüşədən üzlüklə sifətini qapadıb.

Yeri gəlmişkən, sözügedən şlyapanı E.Seyidcahan üçün stilist hazırlayıb. Müğənni onun adını gizli saxlayır. Deyir ki, həmin stilistlə birgə moda nümayişinə hazırlaşır. Bu da o deməkdir ki, Elza səhnəyə model kimi çıxacaq. Yəni əməkdar artist Elza Seyidcahan modellik edəcək. 

BAKU.WS