VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayev əməliyyatı üçün Türkiyəyə yola salınıb.

BAKU.WS xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında müalicəsi üçün 50 min dollar yığılan aktyor Türkiyədə əməliyyat olunacaq.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında müsahibə verən Elvin hər kəsə ona yardım etdiyi üçün təşəkkür edib: 

"Artıq vaxt gəldi çatdı. Necə ki, yaxşı gedirik, yaxşı da davam edərik, inşallah. Xoşqədəm xanım və komandası ipimi daha da qalın etdi ki, o ip qırılmasın. Övladlarımla sağollaşanda çox təsirli anlar yaşadım. Bir söz var: Gedib də dönməmək... Mən hər şeyi gözə aldım".

BAKU.WS
VİDEO