SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin reytinqli seriallarından olan "Hercai"nin aktrisası Ebru Şahin evlilik yolunda ilk addım atıb. 

BAKU.WS xəbər verir ki, aktrisa uzun müddətdir eşq yaşadığı basketbolçu sevgilisi Cedi Osmanla nişanlanıb. Cütlüyün şad günündə ailə üzvləri, yaxınları və dostları iştirak ediblər.

Ebru nişanında ağ rəngli qısa libas geyinib. Onun geyimi "Raisa Vanessa" markasına aiddir. Libasın qiyməti 936 dollar (təxminən 1591 AZN) olub.

Şahinin ağ geyimi brendin keçmiş kolleksiyasına aid olduğundan hazırda satışda yoxdur.

BAKU.WS
QALEREYA