XRİTDX kiberpoliqonda praktiki məşğələ keçirib

XRİTDX kiberpoliqonda praktiki məşğələ keçirib
Foto
Digər 66

25 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı, NATO-nun "Sülh və Təhlükəsizlik naminə Elm" proqramının dəstəyi ilə Bakı Ali Neft Məktəbində yerləşən XRİTDX-nin "İnformasiya Təhlükəsizliyi Testləri" Laboratoriyasında "Kiberpoliqonda praktiki məşğələ" (Cyber Range Hands-On Exercise) adlı praktiki təlim keçirilib.

BAKU.WS xəbər verir ki, təlimin əsas məqsədi enerji sektorunda fəaliyyət göstərən operatorların, texniki mütəxəssislərin və dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, kritik informasiya infrastrukturuna qarşı yönələn müasir təhdidlər barədə məlumatlılığın gücləndirilməsi, eləcə də kibertəhlükəsizlik insidentlərinə operativ və effektiv cavabvermə imkanlarının təkmilləşdirilməsi olub.

Praktiki məşğələ çərçivəsində Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun nümayəndələri tərəfindən enerji sektoruna qarşı yönələn aktual kibertəhdidlər, kritik infrastrukturlara qarşı həyata keçirilmiş real kiberhücum nümunələri, habelə insidentlərə cavabvermə proseslərində tətbiq olunan yanaşmalar barədə təqdimatlar keçirilib. İştirakçılar müxtəlif ssenarilər əsasında kiberinsidentlərin aşkarlanması, təhlili və cavab tədbirlərinin həyata keçirilməsi istiqamətində praktiki tapşırıqlar yerinə yetiriblər.

Təlimdə iştirak üçün ölkənin enerji sektorunu təmsil edən 13 qurum və təşkilatdan ümumilikdə 18 iştirakçı seçilmişdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər