VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə dəyişmə zamanı müəyyən ifadələr işlətdiyi üçün heç kim tərəfindən təhdid olunmadığını bildirib.

BAKU.WS xəbər verir ki, o, üzr videosunu bir neçə gün əvvəl sosial şəbəkədə könüllü paylaşdığını dilə gətirib:

“Bir uğursuz qafiyəyə görə söz-söhbət yayılmışdı, mən də bununla bağlı açıqlama vermişdim. Həmin videodan belə təsəvvür yaranıb ki, mən hansısa bir yerdə hədə-qorxu, təhdid altında açıqlama vermişəm. Bu əsla belə deyil. Mən təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə könüllü olaraq, ürəyim istəyib açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qalxsın”.

BAKU.WS
VİDEO