13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Yerli şou-binzes əhli ifaları qədər şəxsi həyatları, geyimləri, idarə etdikləri lüks avtomobilləri, yaşadıqları cah-cəlallı mülkləri ilə daim hər kəsin diqqət mərkəzindədirlər. 

BAKU.WS saytı olaraq bu dəfə yerli məşhurların bahalı geyim və aksessuarları barədə kiçik araşdırma apardıq. Onların bahalı libas və aksessuarlarını oxuculara təqdim edirik: 

Xalq artisti Aygün Kazımova daim bahalı və marka geyinən məşhurlardandır. Sənətçi radiolardan birinə qatılarkən "Dolce & Gabbana" markalı mont və tayt geyinib. Pop divanın montunun qiyməti 1195 dollar (2031 AZN), tayt isə 795 dollardır (1351 AZN). İfaçının "Balenciaga" brendindən olan çantasını qiyməti 1380 dollardır (2346 AZN). Kazımova eyni zamanda eynəyini də "Balenciaga"dan seçib. O, geyiminə ümumilikdə 5728 AZN xərcləyib.

Xalq artisti Röya Ayxan da bahalı libaslar geyinən həmkarlarından geri qalmır. Sənətçi sonuncu dəfə qatıldığı təmtəraqlı məclislərdən birində qlamur və dəbli geyimi ilə bütün diqqətləri üzərinə toplayıb. İfaçının açıq rəngli libası məşhur "Dolce&Gabbana" brendinə aiddir. Xalq artistinin topunun qiyməti 1862 dollar (təxminən 3165 AZN), ətəyinin qiyməti isə 708 dollardır (təxminən 1203 AZN).

Röya Ayxanın üzərindəki dəbli geyimin ümumi dəyəri 2570 dollar (təxminən 4368 AZN) təşkil edib.

Xalq artisti Tünzalə Ağayeva da brend və bahalı libaslara üstünlük verir. Onun “Versace” markasına aid qara rəngli libasının qiyməti 4720 dollardır (təxminən 8016 AZN). Hər zaman qlamur tərzi ilə göz oxşayan ifaçı bu geyimini qızıl rəngli hündür daban ayaqqabı ilə tamamlayıb. Onun “Saint Laurent” markalı ayaq geyimi isə 1095 dollar (təxminən 1861 AZN) dəyərindədir. Xalq artistinin əynindəki libasın ümumi qiyməti 5815 dollardır (təxminən 9877 AZN).

Xalq artisti Zülfiyyə Xanbabayeva geyimləri ilə yanaşı bahalı aksessuarları ilə də hər zaman diqqət çəkir. Onun istifadə etdiyi çantalardan biri “Christian Dior” brendinə aiddir. Aksessuarın qiyməti 1755 dollar (2983 AZN) dəyərindədir.

Əməkdar artist Ədalət Şükürov daha çox bahalı saatlardan istifadə edir. Onun məclislərdən birində taxdığı qol saatı uzun müddət müzakirələrə səbəb olmuşdu. Belə ki, Şükürovun qolundakı aksessuar İsveçrənin məşhur saat markalarından olan "Jaeger-lecoultre"ə aid olub. Qeyri-adi funksiyası ilə seçilən qol saatının qiyməti 8 680 dollardır (təxminən 14 min 756 AZN).

Xalq artisti Faiq Ağayev də şou-biznesdə bahalı geyimləri və qlamur tərzi ilə seçilən sənətçilərdəndir. Bir müddət əvvəl o, qonaq olduğu verilişlərdən birində bahalı qızıl üzük kolleksiyası olduğunu, zinət əşyalarının əksəriyyətinin isə hədiyyə edildiyini deyib. 

Müğənni Safura Əliyeva marka geyinən məşhurlardandır. Onun instaqram paylaşımlarından birində geyindiyi libasının bahalı olması müzakirələr yaratmışdı. Belə ki, sənətçinin "Moncler" brendinə aid gödəkçəsinin qiyməti 3000 dollardır (təxminən 3910 AZN). Safura "Prada"dan olan çantasına isə 2400 dollar (təxminən 4080 AZN) xərcləyib.

Qalmaqalları ilə gündəmdən düşməyən müğənni Ayan Babakişiyeva isə elə də bahalı libaslara üstünlük vermir. Bir müddət əvvəl qatıldığı məclisdə görüntülənən ifaçı üzərindəki çəhrayı dəstə sadəcə 500 AZN xərclədiyini deyib. Geyimi sadə olan Ayan qolundakı aksessuarın da qiymətini açıqlayıb. Ayanın qızıl aksessuarı 32 min avro (təxminən 59 min 184 AZN) məbləğindədir.

Uzun illərdir Türkiyədə yaşayan müğənni Aysel Əlizadə də dəbli və bahalı geyimlərdən istifadə edir. Türkiyədə çəkilişlərdən birində görüntülənən Aysel dəbli aksessuarı ilə diqqət çəkib. Onun 2041 AZN olan çantası “Fendi” markasına aiddir. İfaçını “Celine” brendinə məxusus ayaqqabısı isə 1331 AZN olub.

Zövqü ilə göz oxşayan müğənni Günay İbrahimli isə daha çox bahalı çantalara üstünlük verir. Onun “Chloe” brendinə aid aksessuarının qiyməti 2873 AZN-dır.

Zöhrə Pənahi
BAKU.WS