15 yaşlı azərbaycanlı ifası ilə Rusiyanı heyran qoydu (VİDEO)
Rusiyanın birinci kanalında uşaqlar arasında keçirilən "Qolos Deti -3" səs yarışması yeni mövsümə başlayıb.
BAKU.WS-in məlumatına görə, yeni mövsümdə iştirakçılar arasında azərbaycanlı yeniyetmə də yer alıb. Azər Nəsibov "Scorpions" qrupunun "Maybe İ Maybe You" mahnısını ifa edərək yarışmaya damğa vurub.
Yeniyetmə münsiflərin xahişi ilə Azərbaycan musiqisi də ifa edib. Müslüv Maqamayevin vaxti ilə ifa etdiyi "Ey əziz anam Azərbaycan" mahnısını ifa edən Azər tamaşaçıların da rəğbətini qazana bilib.
15 yaşlı həmyerlimiz sonda Pelageyanın komandasını seçib. Növbəti mərhələyə adlayan həmyerlimiz yarışda iştirakını davam etdirir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı gənc tarda ifası ilə Fransanı heyran qoydu (VİDEO)
Fransada yayımlanan "The Voice” ("O səs”) yarışma proqramında azərbaycanlı yarışmacı iştirak edib. BAKU.WS-in məlumatına görə, səhnəyə çıxan Araz Özara adlı s...