13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


"Cavanlıqda ailə qurmağa çox həvəsli idim. Elə böyük həvəslə gözləyirdim ki, ailə həyatı quracağam. Arzu edirdim ki, tez ailə həyatı qurum, çoxlu uşaqlarım olsun.Qızıma, oğluma hərdən acığım tutur. Deyirəm ki, biz ərə getməkdən ötrü ölürdük, amma siz istəmirsiniz". 

BAKU.WS xəbər verir ki, bu sözləri "ATV magazin onlarla" verilişinə açıqlamasında müğənni Könül Kərimova deyib.

"Yəni səhnəyə meylli olmamışam. Mahnı oxumağa həvəsim olmayıb. İnanın ki, anam məni döyə-döyə bu səhnəyə gətirib. Bir il efirə çıxmadım. Dedim ki, evdə oturmaq istəyirəm. Bir ildən sonra zülüm-müsibətlə efirə qaytardılar ki, oxumalısan. Evləndiyimizidən qısa müddət sonra həyat yoldaşım Qarabağa müharibəyə getdi. Mən də məcbur oldum ki, toylarda oxuyum. Yoldaşım 3 ayda bir  gecə ilə evə gəlib, elə gecə ilə də gedirdi. Oğlum dünyaya gəldi. Ondan sonra 6-7 il efirə çıxmadım oxumadım. Ancaq toylara gedirdim. Kirayə qalırdım, kirayə pulunu verə bilmirdim. Anamgilə qayıtdım, il yarım anamgildə qaldım. Toydan qazandığım pulla bir otaqlı ev ala bildim".
 

BAKU.WS