Nurlan Əzizbəylinin bu görüntüləri müzakirələrə səbəb oldu - FOTO

Müğənni Nurlan Əzizbəyli sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında yeni fotolarını paylaşıb. İfaçının xarici görünüşü xeyli müzakirələrə səbəb olub. Belə ki, şəkillərdən Əzizbəylinin xeyli arıqladığı məlum olub.
Müğənninin yeni imici görənləri şoka salıb. Sosial şəbəkə istifadəçiləri sənətçinin ünvanına "Necə arıqlamısınız, Nurlan bəy?", "Nə yeyib belə arıqlamısınız?", "Nurlan bəy, vallah sizi tanıya bilmədim", "Sizə köklük yaraşırdı" kimi sözlər yazaraq təəccüblərini gizlədə bilməyiblər.
Qeyd edək ki, Əzizbəyli bu ilin fevralında mədə kiçiltmə və öd kisəsi əməliyyatı keçirib. O bu haqda BAKU.WS-ə açıqlamasında bildirib:
"Əməliyyat olunmuşam. Mədəkiçiltmə əməliyyatı keçirdim. Gündən-günə çəkim azalır. Hazırda vəziyyətim yaxşıdır. Əməliyyata 105 kiloqram çəki ilə girmişdim. Hazırda isə 90 kiloqramam. Həkimlərin məsləhəti ilə 60-65 kiloqrama qədər arıqlamalıyam".
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı müğənni mədəsindən əməliyyat olundu - FOTO
Müğənni Nurlan Əzizbəyli əməliyyat olunub. Bu haqda BAKU.WS-ə danışan sənətçi, mədəkiçiltmə əməliyyatı keçirdiyini bildirib: "Əməliyyat olunmuşam. Mədəkiçiltmə...
