VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli rəqqasə, oriyental Didem yeni açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, aparıcı Gökhan Çınarın yutub layihəsinə qonaq olan 36 yaşlı rəqqasə cəmiyyətin ona qarşı münasibətindən danışıb. Didem səhnədə olarkən özünü xoşbəxt hiss etdiyini, rəqqasə olsa da, namussuz olmadığını bildirib:

"İki fərqli Didem var. Səhnədə hər şeyi unudan və ev işləri görən, təmizkar Didem... Aralarında dağlar qədər fərq var. Hər zaman insanların mənə ailə qızı olaraq baxmasını istəmişəm.

Bəli, ola bilər ki, mən rəqqasəyəm, amma pis iş görmürəm, namussuz deyiləm. O gözlə baxanlar var, amma elə deyiləm. Bu işi yaxşı gördüyümü düşünürəm. Bunu nə dərəcədə bacarıram, artıq bunu mən deyə bilmərəm".

Qeyd edək ki, Didemin anası yunanıstanlı, atası isə Yuqoslaviyadan Türkiyəyə köç edən miqrant olub. İlk dəfə 1933-cü ildə müğənni İbrahim Tatlısesin şou proqramında çıxış edən Didem ondan sonra məşhurlaşmağa başlayıb. 

BAKU.WS
VİDEO