SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər borclarına görə gündəmdən düşməyən Mehmet Dinçerler instagram hesabını bağlayıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Dinçerlerin sevgilisi Hadisəyə aldığı üzüyün dəyərinin 3 milyon TL olduğu deyilsə də, sonradan 40 min dollar olduğu məlum olub. İş adamı müflis iddiası ilə gündəmə gəlib və ailə Hadisənin üzüyünün dəyərinin böhran yaratdığını iddia edir.

Şirkətin ortağı və Dinçerlerin əmisi Mehmet Dinçerlerin vəkili "40 min dollarlıq üzük almaqdansa borcunu ödəsin" sözləri ilə reaksiya verib. 

M.Dinçerlerin sosial media hesabını bağlaması və Hadisənin Dinçerleri instaqram hesabında izləmədən çıxarması izləyicilər tərəfindən ayrılıq xəbərlərini gündəmə gətirib.

Qeyd edək, ötən həftə Mehmet Dinçerler sevgilisi Hadisəyə evlilik təklifi etmiş, sənətçi birgə videolarını sosial şəbəkə hesabından paylaşmışdı.

BAKU.WS