SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün müğənni Nadir Qafarzadənin oğlu Loğmanın toyu olub.

BAKU.WS xəbər verir ki, məclis paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub. Qafarzadənin övladının toyu restoranın iki zalında keçirilib.

Salonun birində Qafarzadənin ailə üzvləri yaxınları qohumları və dostları, digər zalda isə xüsusi olaraq sənətçinin həmkarları iştirak ediblər. Nadir karantin qaydaları səbəbilə belə etdiyini bildirib.

Toyda ümumilikdə 150 nəfər iştirak edib. Gecənin aparıcılığını Əməkdar artist Elşən Cəbrayılov edib. Məclisin əsas müğənnisi isə Əməkdar artist Elton Hüseynəliyev olub.

Gecə maraqlı anlarla yadda qalıb. Ən həyəcanlı məqam isə Xalq artisti Röya Ayxanın səhnəyə çıxması olub.

Qeyd edək ki, Loğman 4 ildir sevdiyi Əntiqə xanımla ailə həyatı qurub. Bir müddət əvvəl cütlüyün nişan mərasimi olub. 

BAKU.WS
VİDEO

QALEREYA