SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Model Kseniya Delinin 62 yaşlı misirli iş adamı Ossama Fathi Rabah Al-Shariffla toyu olub.

BAKU.WS xarici KİV-ə istinadən məlumat verir ki, cütlüyün toy mərasimi Yunanıstanın Santorini adasında baş tutub. Toy 800 min funt sterlinqə başa gəlib.

Qeyd edək ki, Kseniya Deli məşhur kişi jurnalı "Playboy"un simalarından biri olub. Cazibədar model "Victoria's Secret”lə də bir müddət əməkdaşlıq edib. 26 yaşlı seksual model bir müddət əvvəl Castin Biberin klipində çəkildiyi səhnə ilə gündəmə gəlmişdi. Belə ki, Kseniyanın klipdə erotik səhnələrə çəkilməsi müzakirələrə səbəb olmuşdu. 

Məlumat üçün qeyd edək ki, Kseniya Delinin atası türk, anası isə moldovandır.
 
BAKU.WS