SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə 17 Noyabr - Milli Dirçəliş günü ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, müğənni instaqram hesabında foto paylaşaraq tələbəlik illərində mitinqlərə qatıldığını bildirib:

"İnstitutdan birbaşa mitinqə getmişdik. 17 noyabr 1988-ci il... Topxana meşəsini heç vaxt görməmişdim, onun dağıdılmasına görə qəlbimdə bu qədər şiddət hardan idi, onu da anlamırdım.

İnstitutdan qovulmaqdan belə qorxmadan mitinqə qatılmaq, səsimizi ucaltmaq, etiraz etmək istəyim Vətənə olan sevgidən irəli gəlirdi. Bu sevgi dünyaya göz açdığımız gün bizimlə doğulur. Bu gün yenə şəhid verdik, başı bəlalı Vətənimiz, başın sağ olsun".

BAKU.WS