SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənnilər Sevil və Sevinc Səfərovalar uzun müddətdir ki, efirlərə çıxmırlar.

BAKU.WS xəbər verir ki, aparıcı Vüsalə Əlizadənin "7 canlı" proqramına dəvət olunan bacılar tez-tez şəxsi həyatları ilə bağlı suallar ünvanlandığı üçün efirlərə çıxmadıqlarını bildiriblər.

Daha sonra onlar ad günündə xınayaxdı edəcəklərini açıqlayıblar:

"Bilirik, 31 yaşımız var, ailə həyatı qurmalıyıq. Ağılsız deyilik, yaxşı qismətdən imtina edək. Atam rəhmətə gedəndən sonra ad günü keçirməmişik. Ancaq özümüz, yaxın dostlarımız yığışırıq. Noyabrın 15-də qızlarla toplaşacağıq. Ad günümüzdə qızlarla bərabər xına mərasimi keçirəcəyik".

Vüsalə Əlizadə isə gülərək "Bacılar ad günü adı altında xına edirlər" sözlərini deyib.

BAKU.WS
VİDEO