SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Sevil & Sevinc Səfərova bacıları tədbirlərin birində BAKU.WS-in kamerasına tuş gəliblər.


BAKU.WS-in suallarını cavablandıran əkizlər maraqlı açıqlamaları ilə diqqət çəkiblər.

Son günlər adları şou əhlinin dilindən düşməyən Sevil & Sevinc bacıları buna belə münasibət bildiriblər:

"Bizi çox istəyirlər. Qoymurlar unudulaq, kənarda, diqqətsiz qalaq. Gəlin, hər şeyə pozitiv baxaq. Fikirləşirəm ki, yaxşı ki, danışırlar. Bu gün danışılmasan, demək, sən heç kimə lazım deyilsən. Bəzən deyirlər ki, "Этот человек мне параллелен", yəni o insan var, yoxdur, mənim üçün önəmli deyil. Elə olmaqdansa, qoy elə danışılasan. Təbii ki, qədərində. Hər şey qədərində olmalıdır. Biri var elə-belə danışsınlar, tənqid etsinlər, biri də var təhqir. O artıq olmaz. Belə danışanda nə olur ki? Mən də danışıram da. Bu dil nə üçün yaranıb?"



"Sevil-Sevinc bacıları ən çox kimin haqqında danışırlar?" sualına isə əkizlər belə cavab verib:

"Bizim başımız ancaq kinoya baxmaqla məşğuldur. Biz, ümumiyyətlə, kinomanıq. Elə bir kino yoxdur ki, ona baxmayaq, maraqlanmayaq. Hətta bir xüsusiyyətimiz də var. Əgər kino "true story"dirsə, (real hadisələr əsasında çəkilibsə-red.) o kinodan sonra iki saat da araşdırırıq ki, o insan kim olub, nəçi olub, niyə bu hadisələr onun başına gəlib?".

Sevil & Sevinc daha sonra bunları əlavə edib:

"Bizim tək olan vaxtımız çox az olur. Uşaq evdə olur. Bir az uşaqla, gəlinlə, qardaşınla, ananla vaxt keçirirsən. Sonra öz həyatın, rəfiqələrin... Danışmağa vaxt olmur. Dialoqumuz çox maraqlı olur. Elə bil ki, güzgü ilə oturub öz-özümlə danışıram. Fikirlərimiz də eynidir. Mən sənin haqqında pis düşünürəmsə, əminəm ki, Seva da sənin haqqında pis düşünəcək. Dünən 3-4 saat boş vaxtımız oldu. Dərhal zəng vurduq saç, makiyaj ustalarımıza, fotoqrafımıza. Dedik ki, işdən sonra yığılın gəlin bizə, evdə fotosessiya edəcəyik. Bizim boş vaxtımız olan kim onu ya işə sərf edirik, ya da evdəkilərə".

Sevil & Sevinc Səfərova bacıları müğənni Roza Zərgərlinin onlar haqda dediklərinə dolayısı yolla cavab veriblər:

"Ümumiyyətlə, mən tək Roza xanım deyil, kim nə söz deyirsə, elə hamısına susacağam. Susaraq cavab vermək lazımdır. Nə qədər çox danışırsan, o qədər də problem böyüyür. Onun üçün də mən heç kəsə hörmətsiz olmaq istəmirəm. Öz yaşımdan böyüklərə səhv addım atmaq istəmərəm. Necə istəyirlər danışsınlar, amma "predel"i (hədd-red.) keçməmək şərti ilə".

Hüseyn Məmmədsalahov
BAKU.WS