SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasındakı qalmaqal bitmir. Hər iki tərəf istər verilişlərdə, istərsə də sosial şəbəkələrdə bir-birini ittiham etməyə davam edir.

BAKU.WS xəbər verir ki, Canana sosial şəbəkədə böyük oğlu Tuncayın yeni videosunu yayımlayıb. O, övladının görüntülərinə status da yazıb. Canana gecə-gündüz çalışıb uşaqlarına baxdığını, lakin məhkəmədə hakimin bunları nəzərə almadığını bildirib:

“Deyir ki, uşaqları havaya çıxartmırdı. Baxsın görsün mən ana balalarıma nələr edirdim. Vətənpərvər ruhda övladlar böyüdürdüm. Onlar Türkiyədə olanda heç birindən xəbəri belə yox idi. Gecə-gündüz işləyib balalarıma baxan anayam. Hakim qərar verəndə isə bunları görmür, hətta dinləmək belə istəmir”.

Qeyd edək ki, bir müddət əvvəl İsgəndərlinin oğlu Kərimlə Canana arasında məhkəmə prosesi keçirilib. Canananın 3 övladı əlindən alınaraq Kərimə verilib. Məhkəmənin bu qərarı uzun müddət sosial şəbəkələrin müzakirəsinə çevrilib. Bir çox məşhurlar bu qərara etirazlarını bildirərək azyaşlı uşaqların anasından alınmağını qınayıblar.

BAKU.WS
VİDEO