SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Mətanət İsgəndərli ilə gəlini Canananın qalmaqalı bitmir.

BAKU.WS xəbər verir ki, övladları əlindən alınan Canana "Təsir dairəsi" proqramına qonaq olub. O, bir neçə gün əvvəl keçirilən məhkəmədə üç övladının keçmiş əri Kərimə verilməsinə etiraz edib. Canana qayınanası Mətanət İsgəndərlinin  daim onu təhqir etdiyini, əri Kərimin isə ona şiddət göstərdiyini bildirib:

"Bilmirəm, hakim niyə övladlarımın məndən alınmasına qərar verdi. Mən sağlam insanam. İşləyib uşaqlarıma baxa bilərəm. Psixoloq təyin edilmədən, uşaqlarımın fikri soruşulub. Onlar evin vəziyyətinə görə ataya veriliblər.

Mən dayımın evində qalıram. Özüm dövlət işində çalışıram və gözəllik salonum var. Hər şeyi qayınanam Mətanət etdi. Deyirdi, bizim ailəni bədbəxt etmisən. "Yaşın çoxdur, övladımı yoldan çıxartdın" deyib, məni təhqir edirdi".

Canana qızının döyülməsi ilə bağlı faktları məhkəməyə təqdim etdiyini, lakin baxılmadığını bildirib. O, məsələyə yenidən baxılmasını və övladlarının ona geri qaytarılmasını istəyib. Bundan sonra Kərimin vəkili efirə zəng vuraraq Canananın dediklərini təkzib edib. 

Xatırladaq ki, bir müddət əvvəl boşanan Canana ilə Kərimin Ruhlan, Tuncay və Mətanət adlı üç övladları var.

BAKU.WS