SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli müğənni Serpil Benay həmkarı İbrahim Tatlısəslə bağlı təəccübə səbəb olacaq açıqlama verib.

BAKU.WS xəbər verir ki, proqramlardan birinə qonaq olan sənətçi uzun illər əvvəl Tatlıses tərəfindən cinsi təcavüzə məruz qaldığını etiraf edib:

"25-30 il əvvəl İbrahim Tatlısəsin cinsi zorakılığına məruz qaldım. Bu açıqlamaları gündəmə gəlmək üçün söyləmirəm. Mənə belə şeylər lazım deyil. O hadisə vaxtı sevgilim çox qəzəblənmişdi. Sonra bir çox hadisələr oldu. Bu da karyeramın sonunu gətirdi.

Bu cür söhbətləri çox eşidirəm. Bunların hamısı mənim yaşadıqlarımdır. Hamı eyni taleyi yaşayır. İbrahim Tatlısəsin qurbanlarını efirə çıxarsanız, 5 il ərzində proqram təqdim etmək olar. Bəzi insanlar utanır. Mən də utandım, amma sonra dedim ki, nə etmişəm ki, utanım?"

Qeyd edək ki, Serpil Benay 1980-ci illərdə Türkiyənin məşhur və sevilən ifaçılarından olub.

BAKU.WS