SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-da "Pas" ("Rust") filminin çəkilişi zamanı bədbəxt hadisə baş verib.

BAKU.WS xəbər verir ki, Hollivud ulduzu aktyor Aleq Bolduinin baş rolunu ifa etdiyi ekran işində senariyə əsasən silahdan istifadə edilib. Bu zaman boş olmayan silahdan açılan güllə operator və rejissora dəyib. Onlar yaralanıblar. 

Güllələrdən biri rejissorun körpücük sümüyünü zədələyib. Operatorun isə vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Bədbəxt hadisə səbəbindən filmin çəkilişləri dayandırılıb.

Sonradan məlum olub ki, silahdan atəş açan şəxs baş rol ifaçısı Aleq Bolduindir.

Baş verən hadisə ilə bağlı polis araşdırmalara başlayıb.

BAKU.WS
VİDEO