SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-da "Rust" filminin çəkilişləri zamanı bədbəxt hadisə yaşanıb. Belə ki, ekran işinin baş rol ifaçısı aktyor Alek Bolduin (Aleksandr Rey Bolduin) senariyə uyğun olaraq silahdan istifadə edərkən operatoru və rejissoru güllələyib. Hazırda rejissor komadadır, operator isə dünyasını dəyişib. 

BAKU.WS xəbər verir ki, xarici mətbuatda Alek Bolduinlə bağlı hər kəsi şoka salan daha bir fakt yayılıb.

Hollivud ulduzu bu dəfə 2017-ci ildə sosial şəbəkədəki paylaşımı ilə gündəm olub. O, 4 il əvvəl tvitter hesabında baş verən cinayət hadisələrindən birinin görüntülərini yayımlayaraq "Birini səhvən öldürməyin necə hiss olduğu maraqlıdır" sözlərini yazıb. 

Bolduinin həmin paylaşımı müzakirələrə səbəb olub. Aktyorun bu sözlərinin hazırkı vəziyyəti ilə üst-üstə düşməsi hər kəsi təəccübləndirib. 

Qeyd edək ki, Alek Bolduin müğənni Castin Biberin həyat yoldaşı, amerikalı model Heyli Bolduinin əmisidir.

 


BAKU.WS