SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Nuriyyə Hüseynova hərbi həkim olan oğlundan danışıb.

BAKU.WS xəbər verir ki, “Üzə-düz” proqramına qonaq olan müğənni övladının II Qarabağ müharibəsində iştirak etdiyini, Laçın bölgəsində isə ayağını sındırdığını açıqlayıb:

“Oğlum hərbi həkimdir. Bir gün axşam evə gəldi ki, "sabah Qarabağa gedirəm". Müharibədən 15 gün keçirdi. Həmin vaxt hamımız üçün həssas dövr idi. İndi vaxt yaxınlaşdıqca biz o şeyləri yaşayırıq. Hər kəsin balası mənim balamdır. Orada vuruşur, döyüşür, yaralanır. Dedi, "ana, getməliyəm, çünki onları Bakıya gətirincə gec olur".

Əşyalarını yığıb yola salanda balalarının onun dalınca ağlamağı mənim heç vaxt yadımdan çıxmaz. Getdi, orada çox işlər gördü. Mən fəxr edirəm ki, oğlum kimisə həyata qaytara bilib. Bu, onun peşəsidir, Hadrutda, Füzulidə, Cəbrayılda, ən son işi isə Laçında oldu. Ayağını sındırıb gəlmişdi, 1 ay evdə qaldı”.

BAKU.WS
VİDEO