SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadənin nəşi Füzuli rayonuna aparılaraq orada dəfn olunub.

Bu haqda BAKU.WS-ə dəfndə iştirak edən Səyyad Əlizadənin yaxın dostu və həmkarı Nadir Bayramlı məlumat verib.

Sənətçi vəsiyyətinə uyğun olaraq Füzuli rayonunun Babı kəndində ata-anasının qəbrinin yanında torpağa tapşırılıb.

Qeyd edək ki, koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilən S.Əlizadə dünən gecə vəfat edib. Süni tənəffüs aparatına qoşulan müğənninin ağ ciyərinin 80%-nin buzlaşdığı bildirilirdi.

BAKU.WS