SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Xatirə İslam ötən gün vəfat edən həmkarı Səyyad Əlizadə ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi müğənninin dünyasını dəyişdiyinə görə çox kədərləndiyini dilə gətirib. Xatirə onu da bildirib ki, Səyyad Əlizadə sağalsaydı, ona qurban kəsdirəcəkdi:

"Səyyad müəllim, sizin vəfat xəbəriniz məni çox pis hala saldı. Allah sizə rəhmət etsin! Sağalmağınıza qurban demişdim. Amma həyatda ilk dəfə qurbanım qəbul olmadı! Sizin dünya böyüklükdə ürəyiniz var idi. Çox heyif sizdən..."

 


BAKU.WS