SİZİN REKLAM BURADA!
055 213 76 73


Tez-tez yeni layihələri ilə gündəmə gələn Xalq artisti Aygün Kazımova bu dəfə də ənənəsinə sadiq qalıb.

BAKU.WS xəbər verir ki, sənətçi bir neçə gündür sosial şəbəkədə anonsunu etdiyi yeni layihəsini tədim edib. Kazımova Milli Musiqi Günündə pərəstişkarlarını yeni mahnısı ilə sevindirib.

Xalq artisti “Lya Lya Fa” adlı kompozisiyasını təqdim edib. Mahnının sözləri Azər Şirinə, musiqisi isə Tərlan Məmmədhüseynova aiddir.

Kompozisiya sənətçinin şəxsi youtube kanalına yerləşdirilib. Musiqisevərlər “Lya Lya Fa”nı “Amazon”, “Apple”, “Spotify”, “Shazam” kimi populyar musiqi platformalarından da dinləyə bilərlər.

BAKU.WS
VİDEO