SİZİN REKLAM BURADA!
055 213 76 73


Son bir neçə gündür xarici KİV-də məşhur müğənni Cennifer Lopezlə sevgilisi Ben Afflekin “Venesiya Film Festivalı”na qatılıb- qatılmayacağı müzakirə olunurdu. Bəzi mənbələrdə cütlüyün mötəbər mərasimə qatılmaqdan imtna etdiyi haqında xəbərlər də yayılmışdı.

BAKU.WS xəbər verir ki, yayılan məlumatlar öz əksini tapmayıb. “Bennifer” cütlüyü ilk dəfə birlikdə “Venesiya Film Festivalı”na qatılıb. Onlar gecənin ən çox danışılan cütlüyü olub. Qırmızı xalıda yeriyən ikili müxtəlif pozlar veriblər.

Cenifer sinəsi bahalı qaşlarla bəzdilən dərin dekolteli və yarıqlı uzun ağ libas geyinib. Sevgilisi Ben isə geyimin Lopezin libasına uyğunlaşdıraraq ağ köynək və qara kostyuma üstünlük verib.

BAKU.WS cütlüyün həmin gecədən olan fotolarını təqdim edir:

BAKU.WS
QALEREYA