SİZİN REKLAM BURADA!
055 213 76 73


Həmkarı Nadir Qafarzadə ilə qalmaqallı videosu yayılan Ayan Babakişiyeva bu dəfə keçirdiyi plastik əməliyyatdan danışıb.

BAKU.WS xəbər verir ki, “Özəl” proqramına qonaq olan sənətçi əməliyyat masasına yataraq onu kompleksə salan problemdən qurtulduğunu bildirib. Babakişiyeva burnundan estetik əməliyyat  olunduğunu açıqlayıb:

“Bir çox komplekslərim var idi. Mən burnumdan əməliyyat olunmuşam. Daha sonra burundan aşağı nahiyəyə endik. Hazırda yaxşıyam.

Rahatam. Özüm-özümü sevirəm. Hərdən güzgünün qarşısına keçirəm. Özümə “Sən çox gözəlsən, amma bundan artıq da gözəl ola bilərsən” deyirəm. Təbii ki, qadın sevdikcə gözəlləşir və gözəl də sevir”.

BAKU.WS
VİDEO