SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Afaq Gəncəli bu dəfə təmtəraqlı ad günü ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, 44 yaşı tamam olan aparıcı Suraxanı rayonunda yerləşən gəmi muzeyinin restoranında özünə ad günü keçirib.

Afaqı şad günündə yaxınları və sənət dostları tək qoymayıblar. Şou aləminin bir sıra tanınmış nümayəndələrinin yer aldığı gecədə qonaqlar həm oxuyub, həm də rəqs ediblər.

Gəncəli gecədən lentə alınan görüntüləri sosial şəbəkə hesabında yayımlayıb.

Qeyd edək ki, aparıcı bir neçə gün əvvəl uzun illərdir çalışdığı "ATV" kanalı ilə yollarını ayırıb. Afaqın yeni mövsümdən “Xəzər” televiziyasında çalışacağı bildirilib.

BAKU.WS
VİDEO