SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Afaq Gəncəli uzun illərdir fəaliyyət göstərdiyi ATV kanalı ilə yollarını ayırıb.

BAKU.WS xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

“ATV maqazin onlarla” verilişinin aparıcısı bundan sonra "Xəzər" televiziyasında çalışacaq. Gəncəli tamaşaçılar qarşısına tamamilə fərqli layihə ilə çıxacaq. Bir çox məşhurlar və sənət dostları aparıcıya yeni işində uğurlar arzu ediblər.

Verilişin “33 sual rubrikası”nın aparıcısı Ruslan Ağayev bununla bağlı şəxsi İnstaqram hesabında paylaşım edib: “11 ildir çalışdığım, doğma “ATV” kanalı ilə bu gün yollarımız öz istəyimizlə və mehribancasına ayrıldı…”

Onu da bildirək ki, bu gün Afaq Gəncəlinin ad günüdür.

BAKU.WS