VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqların sevimli animasiya filmi “Maşa və Ayı”nın Azərbaycandan bəhs edilən bölümü rəsmi youtube səhifəsindən silinib.

BAKU.WS xəbər verir ki, bu haqda sosial şəbəkələrdə xəbərlər yayılıb. Məlumatlara əsasən, Ermənistan vətəndaşlarının çoxsaylı şikayətlərindən sonra ekran işi səhifədən qaldırılıb.

Bununla bağlı "News.ru" saytına açıqlama verən istehsalçı şirkət rəsmisi Dmitri Laveyko animasiyanın Azərbaycana həsr olunan bölümündə bəzi adlarda səhvə yol verildiyini və bunlar düzəldikdən sonra isə yenidən youtube səhifəsinə yüklənəcəyini qeyd edib.

Xatırladaq ki, "Maşa və Ayı" cizgi filminin Azərbaycana aid bölümü “Cırtdan” nağılı əsasında hazırlanıb. Animasiyada milli mətbəx nümunələrimiz dolma, şəkərbura və paxlava nümayiş olunub, məşhur “Cücələrim” mahnısı səsləndirilib. “Maşa və Ayı” cizgi filmi indiyə qədər dünyanın 39 ölkəsində nümayiş olunub.

BAKU.WS