SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Gülay Zeynallı sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi Tacir Şahmalıoğlu haqqında dediklərini təkzib edib:

“Tacir Şahmalıoğlu kimi bütün sənətkarlar başımızın tacıdır. Mən o tərbiyənin yiyəsi deyiləm ki, özümdən böyük sənətkara söz atım. “Gülay Tacirə söz atdı” - belə cümlə yazmaq ayıbdır. Dəyərli sənətkarlar, siz oxuyun, biz də sizdən bəhrələnək. Tacir müəllim, sizə hörmətim böyükdür. Bunu siz bilirsiniz”.

Xatırladaq ki, Gülay Zeynallı qonaq olduğu “Özəl” proqramında "Yarım gözlər məni" mahnısından danışarkən həmin bəstəni əvvəl Tacir Şahmalıoğlunun aldığını bildirib. Sözügedən mahnını Zeynallı da icazə alaraq oxuyub. Bundan sonra Gülay ”Mən oxuyana qədər o mahnı Tacir müəllimin yadına düşmürdü. Mən oxuyandan sonra o da ifa etməyə başladı", - deyə qeyd edib.

BAKU.WS