SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar şəxsi həyatı ilə gündəmə gələn Cennifer Lopez bu dəfə də gözəlliyi ilə hər kəsi heyran edib.

BAKU.WS xəbər verir ki, sənətçi şəxsi “Instagram” hesabında istirahətindən çəkilən yeni fotolarını izləyiciləri ilə bölüşüb.

Lopezin bahalı yaxtada çimərlik geyimində olan şəkilləri müzakirələrə səbəb olub. Qüsursuz bədən quruluşu ilə diqqət çəkən 52 yaşlı sənətçinin fotoları çox bəyənilib.

Onun paylaşımına qısa müddətdə 4 milyondan çox bəyənmə gəlib, ifaçının ünvanına minlərlə xoş rəylər yazılıb.

Qeyd edək ki, sözügedən fotoları Lopezin şəxsi fotoqrafı Ana Karballosa lentə alıb.

BAKU.WS
QALEREYA