SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi şəxsi “Instagram” hesabında məkanlardan birindəki qonaqlıqda olarkən çəkilən rəqs videosunu paylaşıb.

Görüntülərdən Dadaşovanın məşhur “La Casa De Papel” serialının musiqisinin remiks formasını sədaları altında rəqs etdiyi məlum olub.

Dadaşova videoya “Xala-bala oynamaq üçün ölürük, dostlar, yeriniz məlum” qısa şərhini də əlavə edib.

61 yaşlı Xalq artistinin bu görüntüləri müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Dadaşovanın bu rəqsini bəyəndiklərini bildiriblər. Videoya qısa müddətdə 24 mindən çox bəyənmə gəlib, xeyli şərh yazılıb.

BAKU.WS