VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun səhhəti pisləşib.

BAKU.WS xəbər verir ki, “Elgizlə izlə” proqramına qonaq olan Məmməd 6 ildir dializ xəstəsi olduğunu, hazırda isə vəziyyətinin daha da ağırlaşdığını bildirib:

“Hazırda dializdən gəlirəm. Məndə ağciyər xərçəngi də var. Biopsiya etdilər, nəticədə ağciyər xərçəngi də aşkarlandı. Hər iki böyrəyimdə böyük problem var, çürümə gedir. Amma bir böyrək köçürülsə, problemim müəyyən qədər həll oluna bilər”.

Qeyd edək ki, Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov evlidir. Onun bir azyaşlı övladı var.

BAKU.WS
VİDEO