SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramov məşhur müğənni Sami Yusufla deut oxuyacaq.

BAKU.WS xəbər verir ki, bu haqda “Səhər mərkəzi” proqramında bildirilib. Verilişə qonaq olan Təyyar Bayramov oğlunun Sami Yusufla ərsəyə gələcək yeni layihəsindən danışıb:

“Kənan Sami Yusufla tez-tez danışır. Onlar sosial şəbəkə vasitəsilə əlaqə saxlayırlar. Bir gün Sami Yusuf mənə Kənanla birlikdə layihə planlaşdırdığını bildirdi.

Dedim, indi biz həmin layihəyə başlasaq, ola bilsin ki, yarım qalsın. Çünki hazırda Kənanın səsinin keçid dövrüdür. Bu yaşlarda oğlan uşaqlarında belə olur.

Yəni bir müddət artıq ifa etməyəcək. O da öz fikrini bildirdi ki, nə vaxt keçid dövrü bitər, onda layihəmizi həyata keçirərik. İnşallah, tezliklə bu layihə reallaşar. Çünki Kənanın səsi Sami Yusufun çox xoşuna gəlib”.

Qeyd edək ki, Təyyar Bayramovun oğlu Kənan Bayramov bir müddət əvvəl Şuşada təşkil olunan “Xarıbülbül” musiqi festivalında iştirak edib.

Məlahətli səsi ilə “Qarabağ şikəstəsi”ni ifa edən Kənan hər kəsi heyran edib.

BAKU.WS