Günel Zeynalova Türkiyədən gəlib Bakıda əməliyyat olundu

Müğənni Günel Zeynalova etdirdiyi uğursuz burun əməliyyatından danışıb.
BAKU.WS xəbər verir ki, “10-da görüşək” proqramına qonaq olan sənətçi plastik əməliyyatdan sonra burnunun qırıq olduğunu və boğulduğunu bildirib:
“Səhhətimlə bağlı müəyyən problemlər yaşadım. Bunlardan biri də nəfəs alarkən çətinlik çəkməyim idi. Ona görə də burnumu Türkiyədə əməliyyat etdirdim.
Sonra studiyalardan birində mahnı oxuyarkən birdən nəfəsim dayandı və boğuldum. Daha sonra Bakıda ikinci dəfə burnumdan əməliyyat olundum.
Həmin vaxt həkim mənə dedi ki, “Günel xanım, xəbəriniz var, sizin burnunuz qırıq idi”.
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...
