2 qızını atıb qaçan 23 yaşlı gəlin geri qayıtdı: Canlı yayımda duyğusal anlar (VİDEO)

2 qızını atıb qaçan 23 yaşlı gəlin geri qayıtdı: Canlı yayımda duyğusal anlar (VİDEO)
Video
Şou-biznes 6054
Masallı rayonunun Böyük Təklə kəndində iki azyaşlı uşağını ataraq ata evindən qaçan 25 yaşlı Yeganə Məmmədova dünən "Bizimləsən" verilişinə gəlib. BAKU.WS-in məlumatına görə, Yeganə Məmmədova canlı yayımda atası görüşərkən göz yaşlarını saxlaya biləyib. 23 yaşlı Y.Məmmədovanın sözlərinə görə, o, Bakıdakı qohumlarına zəng edərək, paytaxtın 8-ci mikrorayon ərazisində olduğunu deyib. Yeganə Məmmədova 2010-cu ildə Təklə kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların evliliyi uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar. O, yanvarın 11-də məktub yazaraq, valideynlərinə layiq övlad olmadığını, başqa yerə gedərək intihar edəcəyini bildirmişdi. Onun 5 və 6 yaşlarında iki qızı var. BAKU.WS

Son xəbərlər