SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları Ermənistan təmsilçisi İveta Mukuçyan yarışların yarımfinal mərhələsində tanınmamış "Dağlıq Qarabağ Respublikasının” bayrağını qaldırdığı üçün finalçılar siyahısından çıxarıla biləcəyini bildirib.

BAKU.WS ans press-ə istinadən məlumatına görə, bu barədə "Euronews” bildirib.

Qeyd edilir ki, qaydalara əsasən yayım zamanı hər hansı bir qurumun, müəssisənin, təşkilatın siyasi və ya digər səbəbdən təbliğinə icazə verilmir.

Stokholmda keçiriləcək "Eurovision” beynəlxalq mahnı müsabiqəsindən əvvəl təşkilatçılar bu ilin bayraq siyasətini açıqlayıblar. Avropa Yayım Birliyi müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlayıb.

Qadağan edilmiş bayraqlar sırasına qondarma Dağlıq Qarabağ rejiminin də bayrağı var. Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayraqları yer alıb.

Qeyd edək ki, mayın 11-də Avropa Yayım Birliyi Ermənistan ifaçısının qondarma "Dağlıq Qarabağ Respublikası”nın "bayrağı”nı "Eurovision” mahnı müsabiqəsinə gətirməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda AYB və qurumun nəzarət qrupu Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma "Dağlıq Qarabağ Respublikası”nın "bayrağı”nı dalğalandırmasını pisləyib.