SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan "Eurovision"-da yenə təxribata əl atıb. 

BAKU.WS məlumat verir ki, ölkənin "Eurovision"-nı yayımlayan "Hayastan 1 TV" kanalı ötən gün keçirilən ikinci yarımfinalda Ukraynanı təmsil edən Jamalanın ifası zamanı efiri kəsib. Bu haqda məlumatı "Facebook"da "Eurovision Turkey" səhifəsi paylaşıb. Səbəb kimi Ukrayna təmsilçisinin "1944" mahnısında tatarca sözlərdən istifadə etməsi göstərilir. 
 
 
Jamala mahnının nəqarətini Krım türkcəsində oxuyub. Bu zaman Ermənistan ictimai kanalı efiri kəsib və Norveç təmsilçisi səhnəyə çıxandan sonra yayım bərpa olunub. Bu isə Avropa Yayım Birliyinin (EBU) qaydalarına ziddir.

Qeyd edək ki, Jamalanın əsil Suzana Camaləddinovadır. Müğənninin atası tatar, anası isə ermənidir. Müğənninin  "1944" mahnısı Krım tatarlarının 1944-cü ildə Orta Asiyaya deportasiyasından bəhs edir.

Məlumat üçün qeyd edək ki, ermənilər birinci yarımfinalda da qaydaları pozaraq yayım zamanı "qondarma Dağlıq Qarabağ respublikası"nın bayrağını qaldırmışdılar.
 
BAKU.WS