Tanınmış müğənni Röya Ayxan və Zamiq Hüseynov yenidən duet oxuyublar.
 
BAKU.WS məlumat verir ki, müğənnilər son günlərin məşhur türk mahnısı "Bağdat"ı duet ifa ediblər. Bu haqda məlumatı Röya Ayxan Instagram hesabında paylaşıb. Röya səs yazma studiyasından çəkilmiş videonu Instagram izləyiciləri ilə bölüşüb:
 
"Adam kim olur olsun sevər və bunun önünü heç bir məşhurluq ala bilməz. Hakan Erol sənə təşəkkür edirik ki, bizi bu vaxt qəbul etdin. Sən Zamiq məni işə saldın. Belə də ki, mən dünyanın ən böyük aşiqiyəm",- deyə müğənni yazıb. 
 
BAKU.WS