SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabından məşhur incəsənət xadimi Müslüm Gursəslə bağlı xatirəsini paylaşılıb.

BAKU.WS xəbər verir ki, XİN rəhbəri Müslüm Gursəsin anım günündə paylaşdığı videoda ifaçı ilə bağlı gənclik illərində baş verən bir xatirəsini bölüşüb:

“Bir xatirəmi paylaşmaq istəyirəm. Alanyadakı kənddə axşama qədər işləyərək meyvə-tərəvəz topladıq, yorğun idim, Ankaraya gedəcəkdik. Avtobusa minəndə Müslüm Babanın “Qara buludları qaldır aradan, oy aman” musiqisi səslənirdi. Mən yuxuya getdim və ayıldım ki, yenə həmin musiqi səslənir, bir daha da yatıb oyanarkən yenə eyni musiqi ifa olunurdu. Sürücü köməkçisini çağırdım soruşdum ki, kasetə başdan sona qədər bu musiqi yazılıb? Köməkçi dedi ki, “yox qardaş, sən bu musiqi səslənəndə oyanırsan”. Amma Müslüm Baba bu musiqini çox gözəl oxuyub. Allah rəhmət etsin”.

BAKU.WS
ВИДЕО