Ötən gün İTV-nin aparıcısı Kamran Quliyevin toyu olub.
 
BAKU.WS məlumat verir ki, toy mərasimi "Meridian Park”da baş tutub. Toy mərasiminə şou-biznesin bir çox tanınmış simaları qatılıb. Onların arasında xalq artistləri Flora Kərimova, Faiq Ağayev, Mənsum İbrahimov, əməkdar artist Lalə Məmmədova, müğənnilər Roza Zərgərli, Rəşad İlyasov, Şəbnəm Tovuzlu, Yaşar Yusub, Elvin Abdullayev, Kamil Cəfərov, prodüser Təranə Səmədova, aparıcılar Vüsalə Əlizadə, Azər Süleymanlı və başqaları iştirak edib. 
 
Kamran Quliyev Aytən adlı xanımla ailə qurub. 
 
Qeyd edək ki, Kamran Quliyev həm də Azərbaycanda baş tuan "Eurovision" müsabiqəsinin aparıcısı olub. 
 
BAKU.WS