Bu ilin oktyabrında, Pekində "Miss Bikini Universe 2015" gözəlliyinin beynəlxalq müsabiqəsi keçiriləcək.
 
Azərbaycanı həmin yarışmada peşəkar model Pərvin Həsənzadə təmsil edəcək. Müsabiqə 18 oktyabrdan 10 noyabra qədər davam edəcək.
 
24 yaşlı azərbaycanlı model 174 sm. boyundadır və o, hazırda Rusiyada model kimi çalışır. 

Azərbaycanlı gözəl bu günə kimi "Miss Eurasia 2014", "Miss Bikini MDB 2014", "Miss Asiya 2014", "World Russian Beauty 2015" adlı müsabiqələrdə iştirak edib. 

Vəfa Zeynalov
BAKU.WS